Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Avqust, bazar, Bakı vaxtı 09:04

Türkiyə ABŞ-a xəbərdarlıq edib


Türkiyə Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Konqresdə Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasını təsdiqləyən qətnamənin qəbulu ikitərəfli münasibətlərə xələl gətirə bilər.

Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqlər Komitəsində bu məsələylə bağlı səsvermə keçirilməlidir.

Amma bu qətnamənin hüququ qüvvəsi yoxdur.

Türkiyə rəsmiləri xəbərdarlıq edib ki, qətnamənin qəbulu ABŞ-Türkiyə münasibətləri, habelə Türkiyəylə Ermənistan arasında münasibətlərin normallaşması prosesini əngəlləyə bilər.

Türkiyə mətbuatının məlumatına görə prezident Abdulla Gül amerikalı həmkarı Barak Obamaya telefon açaraq qətnamənin qarşısını almağa çağırıb.
XS
SM
MD
LG