Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 01:16

Pilot Famil Məmmədli II Fəxri Xiyabanda dəfn olunub


Dünən Qəza nəticəsində həlak olmuş 34 yaşlı pilot, polkovnik-leytenant Famil Məmmədli II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində müdafiə naziri

Səfər Əbiyev və digər yüksək rütbəli hərbçilər iştirak edib.

Jurnalistlər və kənar şəxslər Xiyabana buraxılmayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus SU-25 təyyarəsi dünən saat 17:00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndindən təxminən 6 kilometr aralıda qəzaya uğrayıb.

Nəticədə pilot Famil Məmmədli həlak olub.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya qəzanın səbəbini araşdırır.
XS
SM
MD
LG