Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Almaniyada 4 terrorçuya ittiham irəli sürülüb


Almaniyada terror qruplaşmasının 4 üzvünə ittiham irəli sürülüb. Onlar Amerika hərbçilərinə hücum etməyi planlaşdırırmış.

Terrorda məqsədləri Almaniyanı qoşunlarını Əfqanıstandan çıxarmağa vadar etmək olub.

Məhkəmə islamı qəbul edən 31 və 24 yaşlı almanları 12 illiyinə, Türkiyə vətəndaşı olan iki nəfəri isə 11 və 5 illiyinə azadlıqdan məhrum edib.

Müttəhimlər uzun müddət polisin nəzarəti altında olub. Onlar 2007-ci ildə həbs olunub, planlaşdırılan terrorun qarşısı alınıb.
XS
SM
MD
LG