Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 17:55

Turçinov baş nazir vəzifəsini icra edəcək


Ukraynada yeni hökumət formalaşana kimi baş nazir vəzifəsini Aleksandr Turçinov yerinə yetirəcək. Turçinov baş nazirin birinci müavinidir.

Ukrayna Nazirlər Kabinetinin məlumatına görə qərar ölkə konstitusiyasına müvafiq olaraq verilib.

Martın 3-də Yuxarı Rada prezident seçkilərində məğlub olan baş nazir Yuliya Timoşenko hökumətini istefaya göndərib.

Hələ ki, yeni parlament koalisiyasının nə zaman yaradılacağı açıqlanmayıb.
XS
SM
MD
LG