Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

Azərbaycan piratçılığa görə dünyada 6-cıdır


Martın 4-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Microsoft-Azərbaycan şirkəti arasında piratçılığa qarşı alyansın yaradılması haqda anlaşma memorandumu imzalanıb.

USAİD-nin Qafqaz regionu üzrə missiya rəhbəri Conatan Konlinin sözlərinə görə Azərbaycanda «İnternational Data Corporation» şirkəti tərəfindən aparılan araşdırmanın nəticəsinə görə 2008-ci ildə Azərbaycanda piratçılığın səviyyəsi 90 faiz olub. Azərbaycan piratçılığın səviyyəsinə görə dünyada 6-cı yerdədir.

Piratçılıq müəssisə və istehlakçıları risk altında qoyur, o cümlədən informasiya texnologiyaları sektoruna ziyan vurur.

Microsoft-Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov isə bildirib ki, alyansın yaradılmasında məqsədi piratçşılığın səviyyəsini 10 faiz azaltmaqdır. Bunun nəticəsində satış dövriyyəsinin 10 milyon artacağı, 3,6 milyon dollar əlavə gəlir vergisinin və ən azı 900 yeni iş yerinin yaradılacağı gözlənilir.
XS
SM
MD
LG