Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:37

Əsgər döyüş postunda yatdığına görə qətlə yetirilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti Araz Abdullayevin və əsgər Fəxri Babayevin məhkəməsi keçirilir.

İttihama görə, Araz Abdullayev ötən ilin avqust ayının 5-də postda xidmət aparan əsgər Səyyaf Həsənovun yatdığını görüb. İstifadəsində olan avtomat silahdan atəş açaraq yatmış əsgəri qətlə yetirib.

Əsgər Fəxri Babayev isə ona döyüş postu etibar edildiyi halda postun sığınacağının qarşısındakı səngərdə yatmaqda təqsirləndirilir.

Hər iki əsgər məhkəmədə ittiham üzrə özlərini təqsirli bildiklərini söyləyiblər.

Məhkəmə iclası davam edir.
XS
SM
MD
LG