Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kompüter informasiyasına qanunsuz daxil olub xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan mütəşəkkil dəstənin məhkəməsi keçirilir.
İttihama görə, Elqan Vəliyev, Ruslan Həsənov, Elçin Abbasov, Məhəmməd İbrahim və Abidin Həsənzadə adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına «Nur-AB» Məhdud Məsliyyətli Cəmiyyəti təsis edib və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər. İttiham aktından qeydlər:
«Mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartın nömrə və kodlarını qeyri-qanuni şəkildə əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən «Nur-AB» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «POS-terminal» vasitəsilə təxminən 300 min AZN məbləğində pulun «Nur-AB» MMC-nin hesabına köçürülməsinə nail olublar.
Mütəşəkkil dəstə tərəfindən «POS-terminal» vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin «Nur-AB» MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti «Nur-AB» MMC-nin bank hesabından çıxarılıb. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən «Nur-AB» MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.
Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstənin üzvləri 2009-cu ilin iyun ayının əvvəlində növbəti dəfə «Nur-AB» MMC tərəfindən «POS-terminal»la saxta plastik kartlar vasitəsilə 160 900 AZN məbləğində nağdsız əməliyyatın aparılmasını təşkil ediblər. Elqan Vəliyevin göstərişi ilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədi ilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar».