Keçid linkləri

2026, 08 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:15

N saylı hərbi hissədə yanğın olub


Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonunda N saylı hərbi hissənin ərazisində ümumi sahəsi 2500 kv.m. olan, hazırda istifadə olunmayan birmərtəbəli kazarma binasının yanar konstruksiyaları 600 kv.m. sahədə yanıb.

Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG