Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

Obama və Gül «soyqırımı» iddiasından əvvəl danışdı


Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də ermənilərin «soyqırımı» iddiasını səsə qoyacaq.

Ermənilər Osmanlı imperiyasının 1 milyon yarım erməniyə soyqırımı həyata keçirdiyi iddiasındadır. Türklər təkzib edir.

Türkiyə xəbərdarlıq edib ki, qondarma soyqırımı haqda sənədin qəbulu ABŞ-la münasibətlərə ciddi zərbə vurar.

ABŞ-ın aviasiya və müdafiə sənayesinin rəhbərliyi də Vaşinqtonu qətnamə qəbulundan çəkinməyə çağırıb, bildiriblər ki, bu «ABŞ-Türkiyə münasibətlərini korlaya» və Amerikada iş yerlərini risk altında qoya bilər.

Bu arada, Türkiyə mətbuatı Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığının olduğunu açıqlayıb. «Soyqırımı» iddiasının müzakirələrindən əvvəl Abdulla Gül və Barak Obama ikitərəfli əlaqələr və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG