Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:17

Yunanıstan böhrandan çıxmaq üçün tədbirlər görür


Yunanıstan hökuməti iqtisadi böhranın qarşısını almaq üçün büdcə xərclərinin ixtisarıyla bağlı yeni tədbirlər paketini açıqlayıb.

Yeni tədbirlərdə pensiyaların dondurulması, dövlət sektorunda maaşların ixtisarı, spirtli içkilər, tütün məhsulları və yanacaq satışına vergilərin artırılması nəzərdə tutulur.

Bu tədbirin dövlət büdcəsinə əlavə təxminən 5 milyard avro gətirəcəyi gözlənilir.

Ölkənin baş naziri Georgi Papandreu böhranla mübarizədə digər Avropa Birliyi ölkələrindən həmrəylik gözlədiyini bəyan edib.
XS
SM
MD
LG