Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Azərbaycanın hərbi təyyarəsi qəzaya düşüb


Azərbaycan ordusunun hərbi təyyarəsi Tovuzun Aşağı Ayıblı kəndində qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə SU 25 təyyarəsi bu gün saat 17.00 radələrində Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya düşüb.

Şahidlərin dediklərinə görə təyyarə çaya düşərək partlayıb.

Nəticədə pilot Famil Məmmədli həlak olub. Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya qəzanın səbəbini araşdırır.
XS
SM
MD
LG