Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:11

Gürcüstan müxalifətinin lideri Moskvadadır


Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze Rusiyada səfərdədir.

Onun səfər çərçivəsində Rusiya rəsmilərilə görüşləri nəzərdə tutulub.

Amma o konkret kimlərlə görüşəcəyinə aydınlıq gətirməyib.

Nino Burcanadza Moskvaya yola düşməzdən əvvəl Tbilisi hava limanında jurnalistlərə bildirib ki, böyük siyasətə dönür və əlavə edib ki, o bununla inqilabı nəzərdə tutub.

Burcanadze qeyd edib ki, prezident Saakaşvilini seçkiylə hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadığından o məcburi istefaya göndərilməli, bundan sonra ölkədə seçki keçirilməlidir.
XS
SM
MD
LG