Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 05:26

Partlayışda ölənlərin sayı 29-a çatıb


İraqın Bakuba şəhərində törədilmiş partlayışlarda azı 29 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb.

Partlayışlardan ikisi polis məntəqəsi və yerli hökumət binasının ətrafında törədilib.

Bundan bir qədər sonra isə intiharçı özünü şəhər xəstəxanasının ətrafında partladıb.

İraqda parlament seçkiləri ərəfəsində hücum və partlayışların sayı artıb.

Seçki martın 7-də keçiriləcək.
XS
SM
MD
LG