Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

«Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şərait yaradılır»


«Azərbaycanda Mərkəzi Asiya karbohidrogenlərinin ölkəmiz üzərindən Avropaya nəqli üçün hər bir şərait vardır və ARDNŞ bu məqsədlə öz infrastrukturlarını təqdim etməyə həmişə hazırdır».

Martın 3-də Böyük Britaniyanın enerji naziri Lord Huntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən ARDNŞ prezidenti Rövnəq Abdullayev belə deyib.

Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şərait yaradılır. Bütün xarici tərəfdaşlar kimi Böyük Britaniya şirkətləri ilə ARDNŞ arasında işgüzar münasibətlər yaranıb və bu, enerji sahəsində iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

Öz növbəsində, britaniyalı nazir Xəzər dənizinin enerji ehtiyatlarının, xüsusilə təbii qazın Avropaya nəqli istiqamətində Azərbaycanda görülən işlərlə maraqlanıb.
XS
SM
MD
LG