Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:58

İraqda partlayışda onlarla adam ölüb


İraqın Bakuba şəhərində baş verən partlayışda onlarla ölən və yaralanan olub. Polis bildirib ki, azı 16 nəfər ölüb, 40-dan artıq yaralı var. Ölənlərin sayının artacağı gözlənilir.

Partlayışlardan ikisinin hədəfi polis məntəqəsi və əyalət rəhbərliyinin binası olub.

İraqda parlament seçkilərindən əvvəl hücumların sayı artıb.

İraqda seçkilər martın 7-də keçiriləcək. Seçkilər Səddam Hüseyninin devrilməsindən sonra ikinci dəfədir keçirilir.

Bakuba şəhəri paytaxt Bağdaddan 60 kilometr şimal-şərqdə yerləşir.
XS
SM
MD
LG