Bakının Nizami rayonunda yaşayan Daşqın Əliyev notariat kontorlarından birində imza təsdiqi üçün 25 qəpik dövlət rüsumu əvəzinə ondan beş manat aldıqlarını deyir. Daşqın Əliyev ondan dövlət rüsüumundan dəfələrlə artıq pul alınmasının səbəblərinə aydınlıq gətirmək istəyib, amma bütün suaları cavabsız qalıb.
Notariuslarla bağlı monitorinq aparan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova deyir ki, bu sahədə ciddi korrupsiya halları üzə çıxıb. Hüquq müdafiəçisinin sözlərinə görə, 25 qəpiklik dövlət rüsumu əvəzinə vətəndaşdan on qat artıq pul alınması adi hala çevrilib.
Bu mövzuda Ədliyyə Nazirliyinin nümayəndəsinin də qatıldığı polemikanı "Korrupsiometr" saytında oxuyun və dinləyin.