Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Ukraynada hakim koalisiya dağıldı


Ukrayna parlamentinin spikeri elan edib ki, baş nazir Yulia Timoşenkonun hakim koalisiyası dağıldı.
Spiker Litvin deyib ki, koalisiya indiyə kimi çoxluq olduğunu göstərə bilmədiyinə görə dağıldı.

Bizim Ukrayna koalisiyasını keçmiş prezident Yuşenkonun və baş nazir Timoşenkonun tərəfdarları yaratmışdılar.
Timoşenko Litvini və Bizim Ukrayna koalisiyasının bəzi üzvlərini koalisiyanı qeyri-qanuni şəkildə dağıtmaqda ittiham edib.

Timoşenko deyib: “Bu gün Verxovnı Radada demokratik koalisiya qeyri-qanuni olaraq dağıdıldı”.

Timoşenko deyib ki, demokratik koalisiya Ukraynanın müstəqilliyinin, suverenliyinin və Avropaya inteqrasiyasının keşiyində sonuncu barrikada idi.

Çərşənbə günü Timoşenko hökumətinə etimad səsverməsi keçiriləcək.
XS
SM
MD
LG