Keçid linkləri

2025, 10 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:45

«Dağlıq Qarabağ münaqişəsi tezliklə həll oluna bilərdi»


Levon Ter-Petrosyan
Levon Ter-Petrosyan
«Dağlıq Qarabağ münaqişəsi tezliklə həll oluna bilərdi. Dağlıq Qarabağ münaqişəsinin həlli elə bir mərhələyə qədəm qoyub ki, o mərhələdə münaqişə həll oluna bilər. Ermənistanın Azərbaycanın 5 rayonunu qaytarması gündəlikdədir».

Bunu Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan deyib.

Erməni Milli Konqresinin rəhbəri bildirib ki, «Türkiyə erməni soyqırımının tanınması prosesini dayandırdı. Türkiyə ilə Ermənistanın sərhədləri Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər bağlı qalacaq».

Ermənistanın keçmiş prezidenti deyib: «Qarabağ sülh prosesi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kimi iki problem həll olunmasa, beynəlxalq aləm Ermənistanda demoqrafik vəziyyət və insan haqları kimi problemlərə əhəmiyyət verməyəcək».
XS
SM
MD
LG