Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Şəhriyar Məmmədyarov dünyada altıncıdır


Şəhriyar Məmmədyarov dünyanın ən güclü 6 şahmatçısından biridir.

Azərbaycan qrossmeysteri Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqladığı dünyanın ən yüksək reytinqli 100 şahmatçısı siyahısında 2760 xalla 6-cı pilləyə yüksəlib.

Yanvarın 1-i ilə müqayisədə Məmmədyarovun reytinqini 19 xal artırıb.

Digər Azərbaycan şahmatçıları Vüqar Həşimovla Teymur Rəcəbov hər biri 2740 xalla 12-13-cü yerləri bölüşürlər.

XS
SM
MD
LG