Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:05
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpasi ilə əlaqədar tədbirlər haqqinda prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «İmamzadə» kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılsın.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Şahmalı Cavadov AzadliqRadiosuna bildirib ki, «İmamzadə» kompleksinin bərpasına hazırlıq işləri bitdikdən sonra başlanılacaq.

Tikintisi XIV əsrin sonu–XV əsrin əvvəllərinə təsadüf edən «İmamzadə» türbəsi və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr müsəlmanların ziyarətgah yerlərindən biridir. Ziyarətgah tikilişindən sonra XIX əsrdə bərpa edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG