Türkiyə Amerikanın qanunvericilik orqanını qondarma “erməni soyqırımı” haqda qanun layihəsini qəbul etməməyə çağırıb.
Türkiyənin Xarici İşlər Nazirliyinin müraciətində deyilir ki, qanun layihəsinin qəbulu iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurar.
Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qanun layihəsinin palatanın müzakirəyə göndərilib-göndərilməməsini cümə axşamı səsvermə yolu ilə müəyyən edəcək.