Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 17:27

Elmar Hüseynovun qətlinin 5 ili tamam olur


Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 5 ili tamam olur. 2005-i il martın 2-də Elmar Hüseynov yaşadığı mənzilin blokunda qətlə yetirilmişdi. Ona 7 güllə vurulmuşdu.

Elmar Hüseynovun Norveçdə mühacirətdə yaşayan həyat yoldaşı Ruşanə Hüseynova Azərbaycan hökumətinin bu cinayətin üstünü açmaması ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

Bu gün saat 3-də Elmar Hüseynovun məzarı ziyarət olunacaq. Ziyarətdən sonra Elmar Hüseynovun vaxtilə yaşadığı binanın qarşısında onun xatirəsi yad olunacaq, şam yandırılacaq.
XS
SM
MD
LG