Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:34

Qasırğadan Avropada 59 adam həlak olub


Güclü qasırğa ilə yaranan sel Qərbi Avropada azı 59 adamın ölümünə səbəb olub, ona yaxın adam da itkin düşüb. Xynthia adlanan qasırğa bazar günü Fransanı vurub, limanlar, yaşayış binaları dağılıb, bir milyon ailə elektriksiz qalıb.

Qasırğa Belçika, Portuqaliya, İspaniya və Almaniyanın bəzi yerlərini də vurub.

Fransada yanğınsöndürənlər və başqa xilasedicilərdən ibarət 9 min nəfərlik heyət qasırğadan ziyan çəkən yerlərdə ev-ev gəzib sel basmış yerlərdən adamları xilas etməyə çalışırlar.
XS
SM
MD
LG