Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 00:06

Xan arxı daşıb


Gəncənin üç böyük küçəsi zibilli sulara qərq olub
Gəncənin üç böyük küçəsi zibilli sulara qərq olub.

Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin direktor müavini Mamed Hüseynov deyir ki, Xan arxının daşmasına səbəb ərazidə yaşayan insanların suya atdıqları zibillərdir:

«Arx ətrafı yaşayış yerlərində əhali əsasən maldarlıqla məşğuldur. Suyun içərisində hər cür zibil var, hətta heyvanı kəsib başını, ayağını, qarnını suya atırlar. Arx gündəlik məişət tullantıları ilə doludur».

M.Hüseynov deyir ki, üç saatdan çoxdur ki, arxın daşması nəticəsində Bağmanlar, Təbriz və Mehmandarov küçələri zibilli su ilə dolub. Maşınların hərəkəti çətinləşib.

Göygöl rayon Suvarma İdarəsi arxın təmizlənməsi və suyun səviyyəsinin bərpası ilə məşğuldur.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG