Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Sarkisyan Batumidə də etnik ermənilərin yaşadığını vurğuladı


Batumi hava limanı, Gürcüstan prezidenti ermənistanlı həmkarını qarşılayır, 27 fevral 2010

Ermənistan prezidentinin saytında yayılan məlumata görə, Mixeil Saakaşvilinin dəvəti ilə fevralın 27-28-də Gürcüstanda səfərdə olan Serj Sarkisyan iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yollarını, Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin açılmasının gedişini müzakirə edib. Görüşdən sonra Ermənistanla Gürcüstanın prezidenti jurnalistlərə bildiriblər ki, ölkələri arasında münasibətlər heç vaxt indiki qədər isti olmayıb.

Saakaşvili bildirib ki, indi Gürcüstanla Ermənistan arasında çox yaxın əməkdaşlıq var və bu təkcə dövlət başçılarının deyil, xalqların dostluğunun əlamətidir. Ermənistan prezidenti isə cavabında Batumidə ermənilərin yaşadığını və burada erməni kilsəsinin olduğunu vurğulayıb: “Yay aylarında bu şəhərə çox sayda erməni gəlir. Yerli əhali onları qonaqpərvərliklə qarşılayır. Burada etnik ermənilər də yaşayır, erməni kilsəsi də var. Bütün etnik qruplar sülh və anlaşma şəraitində yaşayırlar, biz bununla fəxr edirik.”

Prezidentlər Batumini seyr edirlər, 28 fevral 2010


Bir neçə illik fasilədən sonra bu gün Gürcüstanla Rusiya arasında “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi açılıb. İndi Rusiya vətəndaşları Gürcüstan ərazisi ilə Ermənistana getmək üçün viza alacaqlar. Viza isə İsveçrənin Moskvadakı və Tbilisidəki səfirliklərindən veriləcək.

Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılıq ötən il İsveçrə və Ermənistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra mümkün olub.

Rusiya Qərb yönümlü Gürcüstan hökuməti ilə münasibətləri pisləşdiyinə görə, 2006-cı ildən bu sərhəd-keçid məntəqəsini bağlamışdı.

Bu sərhədin bağlanmasında ən böyük zərbə Ermənistana dəymişdi. Çünki Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə yeganə quru yolu Gürcüstandan keçir. Rusiya ilə Gürcüstan arasındakı hava yolu isə hələ bağlıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG