Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 08:07

Əfqanıstanda bir NATO əsgəri və 4 dinc sakin həlak olub

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində partlayış olub. NATO qüvvələrin bir hərbçisi və 4 dinc sakin həlak olub. Daha bir nəfər isə yaralanıb.

Əfqanıstan hökumətindən bildiriblər ki, partlayışı intiharçı törədib. O içində bomba olan taksi maşını NATO qüvvələrinin maşın karvanına tərəf sürüb. Hərbçilər NATO əsgərinin həlak olduğunu təsdiq etsələr də, hadisəni ilə bağlı ətraflı məlumat verməyiblər.

XS
SM
MD
LG