Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

Emin Fətullayev Tomas Hammerberqlə görüşüb


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev martın 1-də Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqlə görüşüb.

Bu haqda AzadlıqRadiosuna Emin Fətullayev məlumat verib:

«Ona hər şeyi danışdım - Eynullanın konslager şəraitində, ana-bacısını zorlayanlarla bir yerdə saxlandığını, əziyyət çəkdiyini dedim. Oğluma qarşı həyata keçirilən sonuncu çirkin əməliyyatın bütün detallarını Hammerberqin nəzərinə çatdırdım. Hammerberq də dedi ki, bu səfər ərəfəsində Eynulla ilə görüşməyə çalışacaq».
XS
SM
MD
LG