Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:19

Əsgər intihar edib


Fevralın 27-də Müdafiə Nazirliyinin Goranda yerləşən N saylı hərbi hissəsində qulluq edən əsgər özünü asıb. Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

Sumqayıt şəhər Hərbi Komissarlığından həqiq hərbi xidmətə çağrılmış Elçin Abduləzimov intihar səbəbləri məlum deyil.

Əsgərin dayısı Mehdi Əli oğlu Ataşovun ANS PRESS-ə verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özünə qəsd etməsinə səbəb də bu olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə AzadlıqRadiosuna deyib ki, faktla bağlı açılmış cinayət işi yekunlaşmayana qədər faciənin səbəbləri haqqında danışmaq tezdir:

«Biz ailənin faciəsini başa düşürük, ailə üzvlərinin bu cür ittihamlarını da. Onlar itki veriblər. Amma gəlin istintaqın nəticəsini gözləyək».

E.Abduləzimovun hərbi xidməti başa vurmasına 3 ayı qalıbmış.
XS
SM
MD
LG