Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Ombudsman illik məruzəsini təqdim edib


Ombudsman Elmira Süleymanova fevralın 26-da illik məruzəsini prezidentə və Milli Məclisə təqdim edib. Ombudsman Aparatından verilən məlumata görə, məruzə Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə, baş prokurora da göndərilib.

İllik məruzədə ombudsmanın dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.

XS
SM
MD
LG