Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Ombudsman məruzəsini prezidentə və parlamentə təqdim edib


Ombudsman Elmira Süleymanova «Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında» 2009-cu il üzrə illik məruzəsini Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisinə təqdim edib.

Bu barədə AzadlıqRadiosuna məlumatı Ombudsman Aparatının mətbuat xidməti verib.

İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra qəzetdə, «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda və digər mətbu orqanlarda dərc olunacaq.
XS
SM
MD
LG