Martın 1-i Ümumdünya Mülki Müdafiə Günüdür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub.
Mülki Müdafiə Günü hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi durur.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. 2010-cu ilin mövzusu «Fəlakətlər zamanı ilk tibbi yardım»dır.
Azərbaycan bu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub.