Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

Qış Olimpiya Oyunları başa çatdı


Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunları başa çatıb. Olimpiya bayrağı növbəti olimpiya oyunlarının keçiriləcəyi Soçi şəhərinin merinə təhvil verilib.

Bağlanış mərasimində çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq açılışdan az əvvəl məşq zamanı həlak olmuş gürcü idmançı Nodar Kumaritaşvilinin xatirəsini yad edərək onun heç vaxt unudulmayacağını deyib.

Dünən gecə Olimpiyadanın sonuncu oyununda Kanada xokkeyçiləri amerikalı rəqiblərini 3-2 hesabı ilə məğlub eləməklə ölkələrinə 14-cü qızıl medalı qazandırıblar. İndiyə qədər heç bir ölkə qış olimpiya oyunlarında bu qədər qızıl medal qazanmamışdı.

XS
SM
MD
LG