Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

Xocalı hadisələri baş verəndə qəzetlər nədən yazıb?


Vahiməli şayiələr yoxsa acı həqiqət?

«Xalq» qəzeti, 1992–ci il 27 fevral

«Respublika Daxili İşlər nazirliyinin verdiyi məlumata görə fevralın 26–na keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişdir. Atəş və hücumlar dünən bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağılmış, evlər yandırılmışdır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur.
Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız – hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir.
Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr doğru deyildir.
Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür».

«120 nəfər Xocalı sakini yaralanıb»

«Xalq» qəzeti, 1992–ci il 28 fevral

«Xocalı ilə əlaqə 26–na keçən gecə kəsildiyi üçün orada cərəyan edən hadisələrin tam təfərrüatı və baş vermiş faciənin miqyasını çatdırmaq çətindir.
Ağdam xəstəxanası yaralılarla doludur. Xəstəxanada 120 nəfər Xocalılı müalicə olunur”

«Türkiyə Qarabağ məsələsini qaldırmaq niyyətindədir»

«Xalq» qəzeti, 1992–ci il 28 fevral

«Türkiyə Xarici işlər naziri Hikmət Çətin Qarabağda atəşin uzun müddətə dayandırılmasına nail olmaq məqsədi ilə ABŞ dövlət katibi Ceyms Beyker, Azərbaycan baş naziri Həsən Həsənov və Ermənistan prezidenti Levon Ter- Petrosyanla telefon əlaqəsi saxlamışdır. Danışıqlar zamanı Türkiyə naziri ABŞ–a təklif etmişdir ki, qan tökülməsini dayandırmaq məqsədilə münaqişədə olan tərəflərə təsir göstərsin».

Qeyd edim ki, «Axundov» kitabxanasında bu tarixə aid qəzetlər elə vəziyyətdə idi ki, çətinliklə oxunurdu. «Baku» qəzetində isə heç hərf də seçmək mümkün deyildi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG