Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:50

Neftlə çirklənmiş ərazilər təmizlənir


Bakı və Abşeronda neftlə çirklənmiş 10 min hektara yaxın ərazinin təmizlənməsinə bu il 50 milyon manat sərf olunacaq.

Bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, çirklənmiş torpaqların böyük hissəsi Bibi-Heybət ərazisindədir və əsas işlər burada aparılacaq.

Hazırda “Azərsu” ilə birlikdə lay suların təmizlənməsi istiqamətində işlər aparılır və təmizlənmiş sudan suvarma üçün istifadə olunacaq.

Rövnəq Abdullayev bu praktikanın artıq Çilov adası və Pirallahı yarımadasında tətbiq olunduğunu qeyd edib.
XS
SM
MD
LG