Fevralın 27-də Bakı və Sumqayıt şəhərlərinin XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq imtahanları keçirilib.
Üç saat davam edən imtahanlarda Bakı şəhəri üzrə 73 mərkəzdə 26 min, Sumqayıt şəhəri üzrə 11 mərkəzdə 4 min şagird iştirak edib.
Bu barədə məlumatı AzadlıqRadiosuna Təhsil Nazirliyinin mətbuat xidmətinin rəisi Bayram Hüseynzadə verib.
O deyib ki, imtahanlar yüksək səviyyədə keçib və imtahanlarda 3-5 faiz şagird iştirak etməyib.
Şagirdlər 3 saat ərzində 8 fənn üzrə 120 sualı cavablandırıb. Əsas imtahanlar isə iyun ayında keçiriləcək və nəticələr attestat qiymətlərində əks olunacaq.
Fevralın 28-də isə IX sinif şagirdləri üçün sınaq imtahanları keçiriləcək.