Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 06:45

Hərbi Hava Qüvvələrinin əsgəri həlak olub

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin əsgəri bədbəxt hadisə nəticəsində həlak olub.

Hadisə fevralın 24-də baş verib.

1991-ci il təvəllüdlü əsgər Mehman Cəfərovun əlində silahın açılması nəticəsində güllə kiçik çavuş, 19 yaşlı Nahid Hümbətova dəyib və o, hadisə yerində keçinib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya açıqlamasında hadisənin təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində baş verdiyini bildirib.

Hadisəni törədən əsgər saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
XS
SM
MD
LG