Gürcüstanda müxalifət Tbilisi meri üçün seçkilərə vahid namizədlə getməyə çalışır. Mühafizəkarlar partiyasının lideri və mümkün namizədlərdən biri olan Zviad Dzidziguri müxalifət partiyaları arasında ilkin seçki keçirilməsini təklif edib. Amma vahid namizədin ümumi razılıq əsasənda müəyyən edilməsini təklif edənlər də çoxdur.
Tbilisi merinin seçkisi may ayında keçirilməlidir. İndiki mer Qriqori Uqulava prezidentin siyasətini müdafiə edən Milli Hərəkatın nümayəndəsidir.