Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:43

«Mətbuatın səfasından danışmaq ayıbdır»


Mirzə Sakit
Mirzə Sakit
«Mətbuatın səfasından danışmaq ayıbdır».

«İşdən sonra»nın qonağı olan satirik yazar Mirzə Sakit söz azadlığının cəfasından və səfasından danışarkən belə deyib:

- Mətbuatın səfası hələ yoxdur. Türmədə yatmağı da mətbuatın cəfası kimi qiymətləndirə bilmirəm. Bu gün sözümüzü mətbuatda deyə bilmişiksə, bu, səfa deməkdir. Səfa pul, harasa dəvət almaq deyil. O zaman mətbuatda səfa ola bilər ki, başda duran adamın obyektiv fikri olsun, sən də baxıb fəxr edəsən ki, mətbuatın, jurnalistikanın arxasında qüvvətli beyin dayanır.

İnsan hüquqları mükafatını almış jurnalist Şahvələd Çobanoğlu isə hesab edir ki, bu mükafat əslində problemlərə işarədir:

Şahvələd Çobanoğlu
- Bu mükafat əslində problemlərimizə olan işarədir. Söz azadlığının dərin problemlərindən söz açan mükafatdır. Mükafatın verildiyi bloqqerlər həbsdədir. Bu, böyük problemdir.

ANTV-nin koordinatoru Vüqar Səfərov isə «eşşəklə müsahibədən» danışıb:

- Bu rolik əvvəlcədən düşünülməmişdi. İdeya sonradan yarandı. Çox adamlar dedilər ki, orada mənaltı mesajlar var. Lakin orada heç bir mesaj yox idi. Biz bunu edə bilsəydik, Kann festivalında qalib gələ bilərdik.

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG