Azərbaycanda quş qripi ilə bağlı monitorinqin nəticəsi açıqlanıb. AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəisi Yolçu Xanvəlinin verdiyi məlumata görə, Azərbaycanda quş qripi təhlükəsi yoxdur.
Onun sözlərinə görə, monitorinqlər Azərbaycanda çöl quşlarının müvəqqəti məskunlaşdıqları Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, ev quşlarına görə isə respublikanın bütün ərazində aparılıb.
Monitorinqin nəticələrinə əsasən, 24 baş çöl quşundan və 1272 baş ev quşundan götürülən qan nümunələri neqativ olub.
Yolçu Xanvəli bdeyir ki, monitorinqlər Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin və Ovçular Cəmiyyətinin iştirakı ilə keçirilib.
Yaz mövsümündə monitorinqlərə martın 29 başlanılması və 2 həftə davam etməsi nəzərdə tutulub.