Əfqanıstanda intiharçının Kabilin ən böyük alış-veriş mərkəzinin girişində özünü partlatması nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb. Həlak olanlar arasında əcnəbilər də var.
Partlayışa görə məsuliyyəti talibançılar üzərlərinə götürüblər.
Bu, yanvarın 18-dən bu yana paytaxt Kabildə həyata keçirilən ilk terror aktıdır. Yanvarın 18-dəki partlayışlarda intiharçılar hökumət binalarını hədəf almışdılar.