Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:32

Baş nazir Artur Rasi-zadə “Şərəf” ordeni aldı


Prezident İlham Əliyev Baş nazir Artur Rasizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident sərəncamında Baş nazirin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələr verdiyi üçün mükafatlandırıldığını qeyd edir.

75 yaşlı Artur Rasi-zadə ixtisasca mühəndisdir. O, demək olar ki, 1978-ci ildən hökumətdə təmsil olunur:

1978-1981-ci illər - Dövlət Plan Komitəsi sədrinin müavini,

1986-1992-ci illər - Nazirlər Soveti sədrinin birinci müavini,

1992-1996-cı illər - İqtisadi Islahatlar Fondunda məsləhətçi,

1996-cı il – prezidentin köməkçisi,

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini,

1996-1998-ci illərdə Baş nazir,

1998-ci ildə Baş nazirin səlahiyyətlərini icra edən,

1998-2003-cü illərdə Baş nazir,

2003-cü ildə Baş nazirin birinci müavini,

2003-cü ilin noyabr ayından isə yenidən Azərbaycanın Baş naziridir.

Bundan əvvəl «Şərəf nişanı» ordeni ilə təltif olunub, neft maşınqayırması sahəsində keçmiş SSRİ Dövlət mükafatı laureatıdır.

XS
SM
MD
LG