Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

«Azərbaycanda hakimiyyət bölgüsü zəifdir»


Natiq Cəfərli
Natiq Cəfərli
Azərbaycanda icraedici hakimiyyət bütün digər hakimiyyət qolları üzərində mütləq üstünlüyə malikdirmi?

«İşdən sonra»nın qonağı olan iqtisadçı Natiq Cəfərli bu sualı cavablandırıb:

- Azərbaycan bir çox beynəlxalq təşkilatların hesabatlarında aşağı yerlərdən birini tutur. Bu da korrupsiyanın çoxluğundan və dövlət idarəetmə effektliliyinin aşağı olmasından irəli gəlir. Problem ondadır ki, Azərbaycan hökuməti, heç vaxt bu tipli hesabatları qəbul etmir. Hesabatlar yayıldıqdan sonra ya orta ranqlı məmurlar ya da YAP funksionerləri mətbuatda çıxış edərək ikili standartlardan və ya təşkilatların hansısa maraqlarını təmin etmək üçün hesabat yaydıqlarından danışırlar. Gülünc ifadələr işlədirlər ki, guya bu hesabatlarda erməni lobbisinin barmağı var. Bu da Azərbaycanı daha aşağı yerlərə aparır. Bizim hökumətimiz bu xəstəlikləri, bu ağrıları boynuna almır. Azərbaycanda hakimiyyət bölgüsü zəifdir. İcraedici orqan həm qanunvericilik, həm də məhkəmə orqanları üzərində səlahiyyətlərə malikdir və ya onların səlahiyyətlərini qəsb etmişdir.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG