Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:38

Tatarıstanı müstəqil dövlət elan edən yazıçıya hökm oxundu


Tanınmış tatar yazıçısı və ictimai fəalı Fauziya Bayramovanı milli ədavəti qızışdırmaqda təqsirli bilib 1 il müddətinə şərti cəzaya məhkum ediblər.

Bu haqda Rusiya Prokurorluğunun İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məhkəmənin hökmündə deyilir ki, 2008-ci ilin dekabrında Fauziya Bayramovanın rəhbərlik etdiyi “Tatar xalqının Milli Məclisi” adlı ictimai təşkilatın Naberejni Çelnı şəhərində geniş iclası keçirilib və orada Tatarstan Respublikasının müstəqilliyinin elan edilməsi haqda qətnamə qəbul edilib.

Daha sonra Fauziya Bayramovanın xahişi ilə Rusiya Konstitusiyasına zidd olan həmin qətnamə İnternetdə yerləşdirilib.

Məhkəmə ekspertizasının rəyinə görə, sözügedən material millətlərarası ədavətə səbəb ola bilər.

Fauziya Bayramova tarix elmləri namizədidir və 30-dan artıq bədii, publisistik kitabın müəllifidir.

Rusiyada onu “tatar separatizminin nənəsi” də adlandıranlar var.

Yazıçının özü isə “rus müstəmləkəçiliyinə qarşı mübarizə apardığını” bildirir.

O hətta alman ordusu tərkibində Rusiyaya qarşı vuruşmuş tatar əsirlərindən ibarət legionda xidmət edənləri də qəhrəman sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG