Fevralın 25-də Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələri müzakirə olunub.
AzərTAc-ın məlumatına görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin Azərbaycan-İtaliya Ticarət Palatasının prezidenti Marqarita Kosta ilə görüşündə əməkdaşlıq perspektivləri barədə razılıq əldə edilib.
Marqarita Kosta iqtisadi əlaqələrin əsasən qeyri-neft sektorunun inkişafına yönəlməsini vurğulayaraq aqrar sahənin inkişaf etdirilməsi, turizm potensialından hər iki ölkə vətəndaşlarının bəhrələnməsi, birgə müəssisələrin yaradılması, seminar və forumların təşkili və keçirilməsi, Bakıda İtaliya Evinin yaradılması məsələlərini qeyd edib.