Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

İran Qarabağ münaqişəsinin həllinə yardım edə bilər


Bunu fevralın 25-də keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami deyib.

Səfirin sözlərinə görə, bu məsələ Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun İrana səfərində də müzakirə edilib.

Məhəmməd Bağır Bəhrami deyib ki, ATƏT-in Minsk qrupunun 18 ildir mövcud olmağına baxmayaraq, onlar üzərlərinə düşən vəzifəni ya yerinə yetirmək istəmirlər, ya da yetirə bilmirlər. Səfirin sözlərinə görə, İran öz potensialından istifadə etməklə münaqişənin ədalətli həllini tapmasını istəyir.

Məhəmməd Bağır Bəhrami həmçinin qeyd edib ki, İran Azərbaycanla qaz əməkdaşlığında da maraqlıdır.

XS
SM
MD
LG