Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:25

İhsan Doğramaçı vəfat edib


Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vakfının rəhbəri İhsan Doğramaçı 95 yaşında vəfat edib. O, poliorqan çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Doğramacı Ümumdünya Pediatrlar Şurasının həqiqi üzvü, dünya şöhrətli türk pediatrı, Bilkent və Kocatəpə universitetlərinin banisi və Ümudünya Səhiyyə təşkilatı çərçivəsində «İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu»nun təsisçisi idi.

Doğramaçı Türkiyə -Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verib. Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olub.

Məşhur türk alimi 1915-ci il aprelin üçündə İraqın Ərbil şəhərində iraqlı türkmən ailəsində anadan olub.

XS
SM
MD
LG