Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

Ağsunun 5 kəndi təhlükədədir


Ağsu rayonunun 5 kəndi torpaq sürüşməsi təhlükəsi ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, rayonun Kalva, Suraxanı, Quzay, Qırrar və Sanqalan kəndlərində təhlükəli vəziyyət yaranıb.

Sanqalan kəndində isə vəziyyət daha acınacaqlıdır.

Kənddə olan bütün evlərin divarlarında çatlar əmələ gəlib.

Yerli sakinlərin sözlərinə görə, kəndin yerləşdiyi ərazidə torpaq qatı hər gün təxminən yarım metrə sürüşür.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov hadisə yerində olublar.

Bundan başqa Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçiriblər. Fövqəladə Hallar Nazirliyi

Rayon İcra Hakimiyyətinə əhalinin köçürülməsini tövsiyyə edib.

Əhaliyə xəbərdarlıq edilsə də hələlik köçürülmə prosesinə başlanılmayıb.
XS
SM
MD
LG