Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, ölkədə icraedici hakimiyyət bütün digər hakimiyyət qolları üzərində mütləq üstünlük əldə edib.
Büdcənin qəbulu prosesi, məhkəmə qərarları, polis araşdırmaları, dövlət mülkiyyətində olan müəssislərin idarə edilməsi, daxili dövlət auditi, ombudsman icra hakimiyyətinin təsir dairəsindədir.
Eyni vəziyyət anti-korrupsiya qurumlarına da aiddir. Təşkilatın təhlilçiləri bu qənaətə gəliblər ki, yuxarılardan icazə verilməsə, Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyası problemlərə reaksiya vermir.
Bu Komissiya və Ombudsman siyasi cəhətdən həssas sayılan məsələlərə toxunmağa belə cürət edə bilmir.
Global Integrity onu da qeyd edir ki, maliyyə və iqtisadi sahələrdə bir qədər müsbət informasiyalar da var. Azərbaycan bir biznes təşkilatının qurulması üçün lazım olan müddəti əhəmiyyətli dərəcədə azalda bilib. Auditorlar Palatası hesablama sistemlərini beynəlxalq standartlara yaxınlaşdırır.
Global Integrity ölkədə vətəndaş cəmiyyəti qurumları, icitmai informasiya və media azadlığının vəziyyətini, həmçinin seçkiləri çox zəif qiymətləndirir. Təşkilatın ekspertlərinə görə Azərbaycanda seçici fəallığı, seçkinin dürüstlüyü orta səviyyədədir. Amma siyasi maliyyələşmə olduqca zəifdir.
Hesabatın hazırlanmasında iştirak etmiş ekspertlər xüsusilə hakimiyyət qollarının məsuliyyət dərəcəsinin olduqca aşağı olduğunu deyiblər. Onların qənaətinə görə Azərbaycanda korrupsiya əleyhinə qanunvericilik bazası olduqca güclüdür. Amma anti-korrupsiya qurumları “zəif”, qanunların icrası “zəif”, qanunun aliliyi isə “çox zəif” kimi qiymətləndirilib.
Global Integrity hesabatında Azərbaycanın qonşularından Gürcüstanda ümumi vəziyyəti “orta”, Rusiyada vəziyyəti isə “zəif” qiymətləndirib. Ermənistan isə bu il araşdırmaya cəlb edilməyib.
Təşkilat ABŞ-da və Çində son bir ildə idarəetmə və korrupsiya ilə mübarizə tədbirlərini yüksək qiymətləndirib.
ABŞ-da yerləşən Global Integrity müstəqil təşkilat kimi dünyada idarəetmə, korrupsiya sahəsində məlumatları sintez edir, təhlillər və tendensiyalar haqqında hesabatlar hazırlayır.
Global Integrity - Azərbaycan: Dürüstlük Göstəriciləri
Ümumi qiymət: 64 – “Zəif”
Global Integrity vəziyyəti 0-100 ballıq şkala üzrə qiymətləndirib.
Ballar üzrə qiymətləndirmə siyahısı:
“Çox güclü”: 90 +
“Güclü”: 80 +
“Orta”: 70 +
“Zəif”: 60 +
“Çox zəif”: <60
Sahələr | Orta bal | Qiymət |
Hakimiyyət qollarının cavabdehliliyi | 50 | Çox zəif |
İcra hakimiyyətində məsuliyyət dərəcəsi | 48 | Çox zəif |
Qanunverici hakimiyyətdə məsuliyyət dərəcəsi | 51 | Çox zəif |
Məhkəmə hakimiyyətində məsuliyyət dərəcəsi | 45 | Çox zəif |
Büdcə prosesi | 58 | Çox zəif |
|
|
|
Hökumət və ictimai xidmətlər | 62 | Zəif |
İctimai xidmətlər sahəsində tənzimləmənin vəziyyəti | 35 | Çox zəif |
Pozuntular haqqında xəbər vermə | 54 | Çox zəif |
84 | Güclü | |
Özəlləşdirmə | 76 | Orta |
|
|
|
Səhvlət və tənzimləmələr | 75 | Orta |
Milli Ombudsman | 88 | Güclü |
Ali audit institutları | 76 | Orta |
Vergilər və gömrük | 75 | Orta |
Dövlət mülkiyyətində olan müəssisələr | 65 | Zəif |
Biznesin lisenziyalaşdırılması və tənzimlənməsi | 69 | Zəif |
|
|
|
Anti-korrupsiya və qanunun aliliyi | 69 | Zəif |
Korrupsiya əleyhinə qanunvericilik | 100 | Çox güclü |
Korrupsiya əleyhinə qurumlar | 64 | Zəif |
Qanunun icrası | 63 | Zəif |
Qanunun aliliyi | 48 | Çox zəif |