Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Cəlal Əliyev apellyasiya şikayəti verib


Prezident İlham Əliyevin əmisi, deputat Cəlal Əliyev «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı iddasıyla bağlı apellyasiya şikayəti verib.

C.Əliyev «Yeni Müsavat» qəzetində çap olunmuş «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı. «Bakı» mehmanxanası Cəlal Əliyevə məxsis imiş» başlıqlı məqalə ilə bağlı Azər Ayxana qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Ancaq Nizami rayon Məhkəməsində baş tutan prosesdə hakim Ziya Əliyev iddia ərizəsinin qanunvericiliyə uyğun tərtib edilməməsini əsas gətirərək işi icraata götürməmişdi.

Cəlal Əliyev isə bu cavabla razılaşmayıb Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Yazı müəllifi Azər Ayxan isə akademikin iddiasını əsassız sayır.
XS
SM
MD
LG