Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

BMT də Novruz Gününü qeyd edəcək


BMT 21 mart tarixini rəsmən Beynəlxalq Novruz Günü elan edib

BMT-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT həmçinin Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi alqışlayıb.

Qətnamənin mətni Azərbaycanın BMT-dəki nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdim olunub. O, bəyan edib ki, bu bayram mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilib.
XS
SM
MD
LG